• 18.11.2022
  • 355
Azərbaycan Texniki Universitetində xaricdə təhsil barədə məlumatlandırma sessiyası keçirilib
“Bir Könüllü” Təşkilatının və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin birgə təşkilatçılığı ilə 18 noyabr tarixində Azərbaycan Texniki Universitetində xaricdə təhsil ilə maraqlanan III, IV kurs və magistr tələbələri üçün “Xaricdə təhsil barədə məlumatlandırma sessiyası” keçirilib. 
 
Sessiya ərzində Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin məsləhətçisi Niftalı Qasımlı “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” barədə tələbələrə ətraflı məlumat verib. Daha sonra Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin mütəxəssisi Emin Mustafayev tərəfindən Hökumətlərarası Təqaüd Proqramları (HTP) - müraciət qaydaları, prioritet ixtisaslar, müsahibə mərhələsi, eyni zamanda növbəti tədris ili üçün elan olunan Macarıstan HTP-nin sənəd qəbulu barədə qarşılıqlı diskusiya, sual-cavab və müzakirə formatında sessiya keçirilib.
 
 
Qalereya