• 26.10.2022
  • 183
Slavyan Universitetində xaricdə təhsil barədə məlumatlandırma sessiyası keçirilib
“Bir Könüllü” Təşkilatının və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin birgə təşkilatçılığı ilə 24 oktyabr tarixində Bakı Slavyan Universitetində xaricdə təhsil ilə maraqlanan III, IV kurs və magistr tələbələri üçün “Xaricdə təhsil barədə məlumatlandırma sessiyası” keçirilib. 
 
Sessiya ərzində Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin mütəxəssisi Ziyadxan Xankişizadə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” barədə tələbə ətraflı məlumat verib. Daha sonra Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin məsləhətçisi Niftalı Qasımlı tərəfindən Hökumətlərarası Təqaüd Proqramları (HTP) - müraciət qaydaları, prioritet ixtisaslar, müsahibə mərhələsi və s. barədə qarşılıqlı diskusiya, sual-cavab və müzakirə formatında sessiya keçirilib.
 
Yekunda isə Eramus+ Gənclik və Avropa Həmrəylik Korpusu üzrə Azərbaycanda Məlumat Mərkəzinin koordinatoru Ramiz Əliyev çıxış edərək Avropa İttifaqının gənclər üçün proqramları, Erasmus+ və Avropa Həmrəylik Korpusunun əhatə etdiyi ölkələr, müraciət qaydaları və s. barədə ətraflı məlumat verərək iştirakçılar tərəfindən ünvanlanan sualları cavablandırıb.
Qalereya