• 25.09.2022
  • 443
Təhsilin İnkişafı Fondunda HTP haqqında geniş təqdimat edilib
23 sentyabr Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, Şuranın üzvləri Gülməmməd Məmmədov, Pərvanə Məmmədova, Rüfət Əsədzadə, eləcə də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Müjdat Həsənov Təhsilin İnkişafı Fondunun qonağı olublar. 
Qonaqlara Fondun əsas məqsədləri, strategiyası, fəaliyyət istiqamətləri və gələcək planları haqqında məlumat verilib. Daha sonra Müjdat Həsənov müxtəlif təhsil proqramları, o cümlədən Hökümətələrarası Təqaüd Proqramları (HTP) haqqında geniş təqdimat edib. M.Həsənov HTP çərçivəsində təhsil imkanları, müraciət qaydaları, ümumi statistik məlumatlar, eyni zamanda əcnəbilərin Azərbaycanda təhsili ilə bağlı məsələlərə ətraflı izahat verdi. 
Görüş zamanı Elm və Təhsil nazirliyi yanında İctimai Şura üzvlərini maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb və  təkliflər irəli sürülüb.  
Qalereya