• 20.09.2022
  • 504
Hökumətlərarası Təqaüd Proqramları (HTP) məzununun Təlim Töhfəsi
“Hökumətlərarası Təqaüd Proqramı“ məzunlarının ictimaiyyətə tanıdılması, eyni zamanda onların əldə etdiyi bilik və bacarıqların digərləri ilə paylaşılması məqsədilə davamlı olaraq təlimlər keçirilir.  
 
23 sentyabr  2022-ci il saat 15:00 tarixində HTP çərçivəsində "Marmara Üniversitesi" ali təhsil müəssisəsində "Türk dili və ədəbiyyatı" üzrə təhsil almış, daha sonra eyni ATM-də "Ümumi Türk tarixi" üzrə magistratura və "İstanbul Üniversitesi" ali təhsil müəssisəsində doktorantura təhsilini tamamlamış Telman Quliyev Nüsrət oğlu tərəfindən keçiriləcək təlim  "XX əsrin əvvəlində Anadolu və Azərbaycan türkləri arasındakı yardımlaşma fəaliyyətləri və Bakının işğaldan azad edilməsi"   mövzusuna həsr edilib. 
 
Təlimdə iştirak etmək üçün müvafiq keçiddə qeydiyyatdan keçməyiniz xahiş olunur. Onlayn təlimə dair keçid yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcəkdir.