• 10.09.2022
  • 349
"Media və təhsil dialoqu"nda "Hökumətlərarası Təqaüd Proqramları və əcnəbilər" haqqında təlim-seminar keçirilib
Sentyabrın 9-da Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri üçün təşkil edilən "Media və təhsil dialoqu" mövzusunda təlim-seminarın ikinci günü keçirilmişdir.
 
Təlimin məqsədi təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması, media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və təhsil sahəsi üzrə görülən işlər, yeniliklərin KİV vasitəsilə ictimaiyyətə çatdırılmasıdır.
 
Təlimin ikinci günündə Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Xaricdə təhsil və əcnəbilərlə iş sektorunun müdiri Müjdat Həsənov "Hökumətlərarası Təqaüd Proqramları və əcnəbilər" mövzusu ilə bağlı təqdimatı iştirakçıların diqqətə çatdırıb. M.Həsənov Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində təhsil imkanları, müraciət qaydaları, ümumi statistik məlumatlar, eyni zamanda əcnəbilərin Azərbaycanda təhsili ilə bağlı məlumatları təqdim etmişdir.
Təqdimatın sonunda jurnalistlərin çoxsaylı sualları cavablandırılıb.
 
 
Qalereya