• 06.09.2022
  • 308
ASAP-la əməkdaşlıq imkanlarının müzakirəsi üçün görüş keçirilib
1 sentyabr 2022-ci il tarixində Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşları ASAP-dan olan nümayəndələrlə əməkdaşlıq imkanlarının dəyərləndirilməsi məqsədilə görüş keçirib. Görüşdə Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində təhsil alan tələbələr və məzun olan şəxslərlə kommunikasiyanın genişləndirilməsi, ASAP-ın bu sahədə görə biləcəyi işlər barədə ümumi müzakirələr olub.  
 
Görüşdə ASAP tərəfindən sözügedən gənclərə göstəriləcək yeni dəstək koordinasiya mexanizminin hazırlanması, gənclərimizin xaricdə təhsil üçün sözügedən proqramlara müraciətini təşviq edəcək layihələrin təşkil olunması məsələlərindən danışılıb.  Bununla yanaşı, ASAP tərəfindən təqdim olunan “Karyera Akademiyası” layihəsinin təşkilində Elm və Təhsil Nazirliyi tərəfindən dəstək göstərilməsi, məzun assosiasiyaları ilə iş, “2007-2015 Dövlət Proqramı” məzunları ilə əməkdaşlıq, eləcə də HTP məzunlarının həmin məzun assosiasiyalarına üzvlüyü müzakirə olunub.