• 24.08.2022
  • 810
“Türkiye Bursları” çərçivəsində doktoranturada təhsil almaq hüququ qazananlar müəyyənləşib
7 nəfər Azərbaycan vətəndaşı Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə yaşayan və Əqrəba İcmaları Baş İdarəsi arasında imzalanmış Niyyət Məktubu çərçivəsində 2022-2023-cü tədris ili üzrə “Türkiye Bursları” çərçivəsində Türkiyənin müxtəlif nüfuzlu universitetlərində doktorantura səviyyəsi üzrə təqaüdlü təhsil almaq imkanı qazanıb.
 
Təqaüdə layiq görülən şəxslər təhsilin idarəedilməsi, iqtisadiyyat, psixologiya, mühəndislik, ekologiya, hüquq və tarix ixtisas istiqamətləri üzrə “Hacettepe Üniversitesi”, “Bursa Uludağ Universitesi”, “Akdeniz Üniversitesi”, “9 Eylül Üniversitesi” və digər universitetlərdə tədqiqat aparacaqlar.
 
Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə elan 15 yanvar 2022-ci il tarixində verilib.