• 23.08.2022
  • 518
3 azərbaycanlı gənc HTP çərçivəsində Rumıniyada təhsil imkanı qazanıb
2022-2023-cü tədris ili üzrə Rumıniya ali təhsil müəssisələrində təhsil üçün keçirilmiş müsabiqə nəticəsində 3 Azərbaycan vətəndaşının namizədliyi müsbət qiymətləndirilib. Qalib namizədlər Rumıniyanın “University of Bucharest”, “Babes-Bolyai” Univeristy of Cluj-Napoca” və “Politehnica” University of Bucharest” ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində riyaziyyat, mühəndislik və təhsil elmləri ixtisasları üzrə təhsil alacaqlar. 
Qeyd edək ki, təqaüd proqramının tələblərinə uyğun olaraq, tələbələr 1 il müddətində ödənişsiz rumın dili hazırlığına cəlb olunacaq. Bununla yanaşı, onların təhsil haqqı, yataqxana xərci, aylıq təqaüd və tibbi sığorta xərcləri Rumıniya tərəfindən, yol xərci isə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qarşılanacaq. Müvafiq təqaüd proqramı barədə elan 1 aprel 2022-ci il tarixində verilib.