• 20.07.2022
  • 1054
2022-2023-cü tədris ilində HTP çərçivəsində 10 nəfər Latviyada təhsil alacaq

Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlığın nəticəsi olaraq, 2022-2023-cü tədris ili üzrə 10 Azərbaycan Respublikası vətəndaşı Latviyanın təqaüdünə layiq görülüb. Qeyd edək ki, Latviya hökumətinin bu təqaüdünü qazanan 26 ölkə üzrə Azərbaycan ilk üçlükdə yer alır:

 

news-detail

Seçim barədə Latviya tərəfindən verilən yekun qərar nəticəsində müraciət edənlər, əsasən, Latviyanın “Riga Technical University”, “University of Latvia”, “Rīga Stradiņš University” ali təhsil müəssisələrində müxtəlif ixtisaslar və səviyyələr üzrə təhsillərini davam etdirmək hüququ qazanıblar. Müvafiq təqaüd proqramı barədə cari ilin 7 fevral 2022-ci il tarixində elan verilib.