• 18.07.2022
  • 801
HTP çərçivəsində Çində təhsil almaq hüququ qazananlar müəyyənləşib
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında uğurlu əməkdaşlığın nəticəsi olaraq, ümumilikdə 31 nəfər azərbaycanlı Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2022-2023-cü tədris ili üzrə Çin Xalq Respublikasınin nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.
 
Müvafiq sazişə əsasən, seçim barədə Çin Xalq Respublikası tərəfindən verilən yekun qərar nəticəsində 31 nəfər bu ölkənin “Fudan University”, “Beijing Institute of Technology”, “China University of Petroleum-Beijing”, “University of Science and Technology Beijing”, “Zhejiang University”, “Huazhong University of Science and Technology”, “Shanghai Jiatong University”, “Renmin University of China” kimi ali təhsil müəssisələrində süni intellekt, proqramlaşdırma və kompüter elmləri, media və kommunikasiya, tibb, iqtisadiyyat və idarəetmə, maliyyə, neft-qaz mühəndisliyi, mikrobiologiya kimi ixtisasları üzrə bakalavriat (5 nəfər), magistratura (22 nəfər)  və doktorantura (4 nəfər) səviyyələri üzrə  təhsil almaq hüququ qazanıb.
 
Müvafiq təqaüd proqramı barədə elan 21 dekabr 2021-ci il tarixində verilib.