• 04.07.2022
  • 582
Özbəkistanda 2022-2023-cü tədris ili üzrə magistratura səviyyəsində təqaüdlü təhsil imkanı
Özbəkistan Respublikasının İpək Yolu Turizm və Mədəni İrs Beynəlxalq Universiteti 2022-2023-cü tədris ili üzrə Azərbaycan Respublikası vətəndaşları üçün təqaüd proqramı elan edir. Təqaüd proqramı magistratura təhsil səviyyəsi üzrə müxtəlif ixtisas istiqamətlərini əhatə edir. Təqaüd proqramına müraciət üçün son tarix 10 iyul 2022-ci il nəzərdə tutulub. Təqaüd proqramı barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.