• 24.06.2022
  • 648
Azərbaycan-Macarıstan Məzunlar Birliyinin yeni sədri və idarə heyəti seçilib
Azərbaycan Macarıstan Məzunlar Birliyinin yeni sədri və idarə heyətinin üzvləri seçilib.
 
Əsasnaməyə uyğun olaraq qurumun yeni tərkibinin müəyyən olunması üçün 03 iyun 2022-ci il tarixində onlayn qaydada seçki keçirilib. Səsvermə əsasında MirGünay Bayramova Azərbaycan-Macarıstan Məzunlar Birliyinin sədri, Hikmət Həsənov, Aysel Məmmədzadə və Murad Aslan sədr müavinləri vəzifələrinə təsdiq olunublar. Digər namizədlərin isə idarə heyətinə üzvlüyü təsdiqlənib.
 
MirGünay Bayramova Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarının 2020-ci il, Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Macarıstanın "Budapest Business School" ali təhsil müəssisəsinin 2022-ci il magistratura məzunudur. Hazırda peşəkar fəaliyyətini Macarıstanın “Vodafone” şirkətində mütəxəssis olaraq davam etdirir.
 
MirGünay Bayramova bildirib ki, təşkilatın rəhbəri kimi üzvlərin şəbəkələşməsinə, məzunlar arasında effektiv inteqrasiyanın artırılması istiqamətində layihələrin, eləcə də sosial layihələrin həyata keçirilməsinə, uzunmüddətli və perspektivli əməkdaşlığın qurulmasına çalışacaq.
 
Sədrlik münasibətilə M.Bayramovanı təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirik !