• 17.06.2022
  • 516
17 iyun – Azərbaycan Respublikası Tibb İşçilərinin Peşə Bayramı Günüdür
17 iyun – Azərbaycan Respublikası Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətlə tibb sahəsində çalışan “2007-2015 Dövlət Proqramı” və Hökumətlərarası Təqaüd Proqramları məzunlarını təbrik edirik.
 
Məlumat üçün bildiririk ki, “2007-2015 Dövlət Proqramı” çərçivəsində ümumilikdə 900-dən çox Azərbaycan Respublikası vətəndaşı dünyanın 18 ölkəsinin 101 nüfuzlu ali təhsil müəssisəsində müxtəlif ixtisaslar üzrə tibb təhsili alıb. İndiyə qədər 700-dən çox AR vətəndaşı da Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində dünyanın bir sıra ali təhsil müəssisində müxtəlif ixtisaslar üzrə tibb təhsili alıb.
 
Əlavə olaraq bildiririk ki, təqribən 100-dən çox DP və HTP məzunu Koronavirus pandemiyası və eləcə də  “44 günlük Vətən müharibəsi” dövründə könüllü olaraq tibb fəaliyəti göstərib. 10-dan çox DP və HTP məzunu 2021-2022-ci illərdə tibb sahəsində məqalələr dərc edib və müxtəlif uğurlar qazanıb.
 
Qeyd edək ki, ümumilli lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.