• 02.05.2022
  • 494
Bir qrup DP və HTP məzununun iştirakı ilə İftar təşkil olunub
Aprelin 30-da Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Şöbəsinin təşəbbüsü ilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" və Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil almış bir qrup məzunun iştirakı ilə İftar təşkil olunub. Ramazan ayında İftar süfrəsi ətrafında bizimlə birlikdə toplaşan bütün DP və HTP məzunlarına öz təşəkkürümüzü bildiririk. 
 
Görüş zamanı həmçinin müxtəlif ixtisas istiqamətləri üzrə xaricdə təhsil almış və ixtisaslaşmış məzunlar ölkənin və cəmiyyətin inkişafına dair töhfə verəbiləcəkləri bir sıra istiqamətlər və müxtəlif mövzular üzrə fikir mübadiləsi aparıblar. 
 
Qeyd edək ki, DP və HTP çərçivəsində xaricdə təhsil almış məzunlar arasında bu və ya digər formada şəbəkələşmə görüşləri mütəmadi olaraq keçirilməkdədir. 
Qalereya