• 25.04.2022
  • 865
HTP çərçivəsində Macarıstanda təhsil alan tələbələrin nəzərinə!
Bildiyiniz kimi, təhsil müddətinin uzadılması üçün müraciətlərin növbəti tədris ili üzrə kvota yerlərinin "Tempus Public Foundation" (TPF) tərəfindən azaldılmasına gətirib çıxardır. Bununla əlaqədar olaraq, uzatma müraciətlərinin yalnız fors-major hallar (xəstəlik, qəza və s.) üzrə edilməsi tövsiyə olunur. Bununla yanaşı, TPF-ə təhsil müddətinin uzadılması ilə bağlı müraciət etdikdən sonra razılıq sənədini (universitet təqdim etdiyi təqdirdə) və müraciət formasını uzatmanın səbəbi qeyd olunmaqla Təhsil Nazirliyinə (Elchin.huseynov@edu.gov.az) göndərilməsi mütləqdir.
 
Təhsil müddətinin uzadılması üçün müraciətlərin növbəti tədris ili üzrə kvota yerlərinnin TPF tərəfindən azaldılmasına gətirib çıxartdığını nəzərə almağınızı və təhsilinizi nəzərdə tutulmuş standart dövr ərzində başa vurmaq üçün səy göstərməyinizi xahiş edirik.