• 21.01.2022
  • 724
"Hökumətlərarası Təqaüd Proqramları" məzununu yaxından tanıyaq
Murad Aslanlı “Hökumətlərarası Təqaüd Proqramları” çərçivəsində 2017-2020-ci illərdə Macarıstanın “Budapest Business School” ali təhsil müəssisəsində magistratura təhsil səviyyəsində “Beynəlxalq iqtisadiyyat və biznes” ixtisası üzrə təhsil alıb. 
 
Hazırda ABŞ şirkəti olan CitiBank’da maliyyə və mühasibatlıq analisti vəzifəsində çalışır. 
 
Təhsil aldığı müddət ərzində Macarıstanda ilk dəfə olaraq Dunaujvaros universtitetində “Azərbaycan Kitab Guşəsi”ni yaradıb. Ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz.
 
Qeyd edək ki, M.Aslanlı 2020-ci ildə Malayziyada keçirilən “Global Peace Summit”in məzunu olub. HTP məzunumuz hazırda “Global Peace Chain” fondunun Macarıstan üzrə ölkə direktoru olaraq da fəaliyyət göstərir. 
  
Gələcək fəaliyyətində M.Aslanlıya uğurlar arzu edirik.