• 11.01.2022
  • 1162
Yaponiyada 2022-2023-cü tədris ilində təhsil imkanı
Yaponiyanın Tsukuba Universiteti 2022-2023-cü tədris ili üçün təqaüd proqramı elan edir. Proqram ali təhsilin magistratura səviyyəsi üzrədir. Sözügedən xüsusi proqram Mərkəzi Asiya ölkələrində Dayanıqlı İnkişaf Məqsədlərini əhatə edən məsələlərin həllinə dəstək məqsədilə təsis edilib. Təqaüd proqramına müraciət üçün son tarix 15 yanvar 2022-ci il nəzərdə tutulub. Təqaüd proqramı barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.