• 03.05.2021
  • 1862
Birləşmiş Krallığın Aberdin Universitetində 2021-2022-ci tədris ili üzrə təqaüdlü təhsil imkanı

Məşhur enerji şirkəti olan "Total" Birləşmiş Krallığın Aberdin Universitetində 2021-2022-ci tədris ili üzrə enerji keçidi və bərpa olunan enerji ixtisaslarında təqaüdlü təhsil proqramı təklif edir. Təqaüd proqramı ali təhsilin magistratura səviyyəsini əhatə edir. Təqaüd proqramına müraciət üçün son tarix 14 iyun 2021-ci il nəzərdə tutulub. Təqaüd proqramı barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.