Tacikistan Respublikasında Təhsil HTP
Təqaüd proqramı: Təqaüd proqramı Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 10 avqust 2018-ci il tarixində imzalanmış protokola uyğun olaraq həyata keçirilir. . Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır.
Tədris dili: Tədris dili rus dilində həyata keçirilir.
Təhsil müddəti: Təhsil müddəti ixtisasdan asılı olaraq, dil hazırlığı kursu istisna olmaqla, bakalavriat səviyyəsi üzrə 4-6 il, magistratura səviyyəsi üzrə 2-4 il və doktorantura səviyyəsi üzrə 3-4 il arasında dəyişir.
Maliyyələşmə: Tələbələr üçün nəzərdə tutulmuş təqaüd aşağıdakı xərcləri əhatə edir:
• Təhsil haqqı;
• Dərs vəsaitləri və kitabxanadan istifadə;
• Yaşayış xərci (yataqxana);
• İlkin tibbi yardım;
• Təqaüd - qəbul edən tərəf milli qanunvericiliyinə uyğun olaraq aylıq təqaüd verilir.
• Nəqliyyat xərci - təhsil yerinə gediş-gəliş xərcləri təhsilalanların özləri tərəfindən qarşılanır. 
Təqaüd proqramı barədə daha ətraflı məlumat hər il yenilənən və əsas səhifədə dərc olunan müvafiq elan vasitəsilə əldə edilə bilər.