İllik qeydiyyat
HTP çərçivəsində təhsil alan tələbələr hər tədris ilinin sonunda qeydiyyatdan keçməli və Təhsil Nazirliyinə gəlmədən aşağıdakı sənədləri (ali təhsil müəssisəsinin imza və möhürü ilə) elektron qaydada (htpinfo@edu.gov.az) Nazirliyə təqdim etməlidir:
 
Təhsil alanın cari tədris ilini müvəffəqiyyətlə bitirərək növbəti tədris ilinə keçməsini təsdiq edən ali məktəbin rəsmi sənədi.
Sənəddə kurs, təhsil müddəti, qəbul ili və gözlənilən məzun olma tarixi (gün, ay və il göstərilməklə) qeyd olunmalıdır.
Cari tədris ilinin qiymət cədvəlindən rəsmi çıxarış (transkript).
Ümumvətəndaş pasportunun şəkil, ən son Azərbaycandan çıxış və təhsil ölkəsinə giriş möhürü və şəxsiyyət vəsiqəsi.
Qeyd 1: Göstərilən sənədlər səliqəli şəkildə skan edilərək adlarına uyğun olaraq qeyd edilməlidir.
  Göndərilən sənədlərin həqiqiliyinin yoxlanılması məqsədi ilə tərəfimizdən təhsil aldığınız ali məktəbə sorğu göndəriləcəkdir.
Qeyd 2: Türk, rus və ingilis dilllərindən başqa digər dillərdə olan sənədlər tələbə tərəfindən tərcümə olunaraq təqdim olunmalıdır. Yalnız sənədləriniz tam şəkildə qeydiyyata alındıqdan sonra növbəti tədris ili üçün aviabilet və təqaüd ilə təmin olunması (müvafiq ölkələr üzrə) mümkün olacaqdır.
 
Xüsusi qeyd: Təqdim edilən sənədlərdə saxtalaşdırma, qanunsuz hazırlama və s. halları aşkarlanarsa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320-ci maddəsinin (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) 320.2-ci bəndinə əsasən min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması üçün aidiyyəti üzrə müvafiq tədbirlər görüləcəkdir.