Diplomların tanınması

Təhsilini başa vurmuş hər bir HTP tələbəsi Təhsildə Keyfiyyət Təminat Agentliyinə (TKTA) diplom tanınması ilə bağlı sənədlərini verməzdən öncə məzun qeydiyyatından keçməlidir. TKTA sadələşdirilmiş nostrifikasiya yanaşmasının tətbiqi məqsədilə aidiyyatı üzrə bu məsələ ilə bağlı sorğu göndərir. Bu məqsədlə hər bir HTP tələbəsi göndərilən müvafiq sorğunu cavablandırmalıdır. Diplomların tanınması ilə bağlı müraciət qaydaları və prosedurlar barədə daha ətraflı buradan tanış olmağınız mümkündür.