Macarıstan Respublikasında Təhsil HTP
Təqaüd proqramı:  Təqaüd proqramı  Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 7 dekabr 2017-ci il tarixində imzalanmış “2018-2020-ci illər üzrə İş Proqramı”na əsasən həyata keçirilir. Proqram Azərbaycan Respublikasının vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüd hesabına təhsil almaq imkanı yaradır.
Tədris dili: ingilis dili (ingilis dilli proqramlara müraciət edən şəxslər müvafiq dil sertifikatına malik olmalıdır)
Ali təhsil müəssisələri və ixtisaslar: Təhsil alınacaq ixtisasın müəyyən edilməsi məqsədilə müsabiqədə iştirak edən universitetlərlə bağlı keçiddən müvafiq məlumatlar əldə edilə bilər.
Maliyyələşmə: Tələbələr üçün nəzərdə tutulmuş təqaüd aşağıdakı xərcləri əhatə edir:
Macarıstan tərəfindən:
- ödənişsiz təhsil;
- universitet yataqxanasında yaşayış;
- tibbi sığorta;
- aylıq təqaüd
Təhsil yerinə gediş-gəliş xərcləri tələbələrin özləri tərəfindən qarşılanır.
Daha ətraflı məlumatı keçid vasitəsilə əldə etmək mümkündür: https://bit.ly/2XU8lKF
Təqaüd proqramı barədə daha ətraflı məlumat hər il yenilənən və əsas səhifədə dərc olunan müvafiq elan vasitəsilə əldə edilə bilər.