• 15.07.2020
  • 415
Tacikistanda Təhsil Hökümətlərarası Təqaüd Proqramı (HTP)-2020/21
Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 10 avqust 2018-ci il tarixində imzalanmış protokola uyğun olaraq, Tacikistanın Təhsil və Elm Nazirliyi 2020/2021-ci tədris ili üzrə  Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir.
Təhsil səviyyəsi:    bakalavriat, magistratura, doktorantura
Tədris dili: rus
Maliyyələşmə: 
• Təhsil haqqı;
• Dərs vəsaitləri və kitabxanadan istifadə;
• Yaşayış xərci (yataqxana); 
• İlkin tibbi yardım;
• Təqaüd - qəbul edən tərəf milli qanunvericiliyinə uyğun olaraq aylıq təqaüd verilir. 
• Nəqliyyat xərci - təhsil yerinə gediş-gəliş xərcləri təhsilalanların özləri tərəfindən qarşılanır.
Təqaüd proqramı haqqında daha ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.