• 15.07.2020
  • 628
Çin Xalq Respublikasında Təhsil Hökumətlərarası Təqaüd Proqramı (HTP) - 2020/21
Təqaüd proqramı Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2016-cı il tarixli Fərmanı ilə təsdiqlənmiş 10.12.2015-ci il tarixli “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır.
Tədris dili çin dilində olan ixtisaslarda təhsil almaq hüququ qazanacaq tələbələr bir və ya iki il müddətində çin dili üzrə hazırlıq kursu keçməli, ingilis dilli proqramlara müraciət edən şəxslər isə müvafiq dil sertifikatına malik olmalıdır. İxtisas seçimi üzrə məhdudiyyət tətbiq edilmədiyinə görə, təhsil almaq istədiyiniz ixtisasın müəyyən edilməsi məqsədilə müsabiqədə iştirak edən universitetlərlə bağlı (yalnız *-la işarlənmiş ixtisaslar) http://www.campuschina.org/ internet səhifəsindən müvafiq məlumatlarla tanış olmağınız xahiş olunur.
Nəzərinizə çatdırırıq ki, təhsil müddəti ixtisasdan asılı olaraq, dil hazırlığı kursu istisna olmaqla, bakalavriat səviyyəsi üzrə 4-6 il, magistratura səviyyəsi üzrə 2-4 il və doktorantura səviyyəsi üzrə 3-4 il arasında dəyişir.
Təqaüd proqramı barədə daha ətraflı məlumatı elan vasitəsilə əldə bilərsiniz.