• 15.07.2020
  • 495
Macarıstanda Təhsil Hökümətlərarası Təqaüd Proqramı (HTP)- 2020/21
Təqaüd proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 7 dekabr 2017-ci il tarixində imzalanmış "2018-2020-ci illər üzrə İş Proqramı”na əsasən həyata keçirilir. Proqram Azərbaycan Respublikasının vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüd hesabına təhsil almaq imkanı yaradır. Proqram çərçivəsində Macarıstan tərəfindən hər il 200 Azərbaycan vətəndaşı üçün təqaüd ayrılacağı nəzərdə tutulmuşdur. 
Təqaüd proqramı haqqında daha ətraflı məlumatı elan vasitəsilə ala bilərsiniz.