• 02.01.2021
  • 820
2020-ci təqvim ili rəqəmlərdə
2020-ci il ərzində Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində görülmüş işlər barədə hesabat
 
Hökumətlərarası Təqaüd Proqramlarına dair internet səhifəsi istifadəyə verilib
Hökumətlərarası Təqaüd Proqramlarına (HTP) dair internet səhifəsi (http://htp.edu.az) istifadəyə verilib. Məqsəd ictimaiyyətin HTP çərçivəsində müxtəlif ölkələr üzrə təhsilin müxtəlif səviyyələrində təqaüd proqramları ilə bağlı düzgün və mütəmadi məlumatlandırılmasını təmin etməkdir. 
 
232 nəfər xaricdə təhsil almaq hüququ qazanıb
2020-2021-ci tədris ilində Hökumətlərarası Təqaüd proqramları çərçivəsində Macarıstanda 193, Çində 20, Rumıniyada 5, Rusiya Federasiyasında 3, Latviyada 8, Qazaxıstanda 3, ümumilikdə isə 232 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.
 
89 ölkədən 6500-ə yaxın əcnəbi tələbə
2020-2021-ci tədris ili üzrə Azərbaycan Respublikasının ali və orta ixtisas təhsil müəssisələrində 89 ölkədən 6500-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alır. Tələbələr əsasən Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Nigeriya, Türkmənistan, Hindistan, Pakistan və digər ölkələri təmsil edir.