• 24.12.2020
  • 809
2021/22-ci tədris ili üçün HTP çərçivəsində Çin Xalq Respublikasında təhsil təqaüd proqramına qəbul barədə interaktiv panel

Təhsil Nazirliyi 25.12.2020-ci il tarixində saat 17:00-da 2021/2022-ci tədris ili üçün HTP çərçivəsində Çin Xalq Respublikasında (ÇXR) təhsil təqaüd proqramına qəbul barədə interaktiv panel təşkil edir. Paneldə Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsi əməkdaşları və Çin HTP/Renmin Universitetinin məzunu iştirak edəcək. İnteraktiv panel Təhsil Nazirliyinin rəsmi facebook səhifəsində canlı yayımlanacaqdır.