• 25.11.2020
  • 1681
HTP çərçivəsində Macarıstanda təhsil alan tələbələrin nəzərinə!
HTP çərçivəsində Macarıstanda təhsil alan tələbələrin nəzərinə!
Müxtəlif səbəblərdən təhsil müddətini uzatmaq istəyən və ya ixtisas/universitet dəyişmək istəyən tələbələrdən aşağıdakı formada üzrə Təhsil Nazirliyinə müraciət etməyi xahiş edilir:
 
  1. Təhsil müddətinin uzadılması ilə bağlı tələbəyə Təhsil Nazirliyi tərəfindən hər hansı təsdiq bildirilməsinə ehtiyac yoxdur. Tələbə təhsil aldığı universitet tərəfindən onun təhsilinin müddətinin uzadılmasına dair ona təqdim edilmiş “confirmation letter”i bu (Elchin.huseynov@edu.gov.az) emailinə göndərməli və bu haqda məlumat verməlidir. TPF-in qaydalarına əsasən Təhsil Nazirliyi ayrı-ayrılıqda hər bir tələbə üçün təsdiq məktubu təqdim etmir, sadəcə TPF-in göndərdiyi müvafiq siyahıya dair mövqeyini bildirir.
    Qeyd: Təhsil müddətinin uzadılması ilə əlaqədar Nazirliyinə məlumat verməyən tələbələr haqqında TPF-ə müvafiq rəy təqdim edilməyəcəkdir;
  2. Başqa universitetə transfer və ya ixtisas/fakültə dəyişmək istəyən tələbələr isə, transfer olunduğu universitetin razılıq sənədi, gedəcəyi universitetin qəbul sənədi və dəyişiklik səbəbi göstərilməklə Təhsil Nazirliyinə müvafiq ərizə ilə müraciət etməlidirlər. Sənədlər əldə edildikdən sonra Təhsil Nazirliyi öz növbəsində TPF-ə müvafiq razılıq emaili göndərəcəkdir.
Nəzərə almağınızı xahiş edirik!