• 18.09.2020
  • 2058
Hökümətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində təhsil alanların nəzərinə !
Hörmətli HTP tələbələri,
 
Bildiyiniz kimi, 18 yaşına çatmış hərbi mükəlləfiyyətli gənclərin müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ qanunla müəyyən olunmuş qaydalarla verilir. HTP çərçivəsində təhsil almaq hüququ qazanan və hazırda təhsil alan tələbələrin təhsillə bağlı  hərbi xidmətdən möhlət hüququ əldə etmək üçün (həmçinin təhsil ölkəsinə getmək üçün) Təhsil Nazirliyinin müvafiq struktur bölməsinin təqdim etdiyi arayışı əldə etməlidir. Bunun üçün, tələbə kuratoruna elektron poçt vasitəsilə müraciət ünvanlamalı, eyni zamanda yeni tələbələr qəbul haqqında sənədlərini (“letter of award”), təhsil alan tələbələr isə təhsil aldıqlarına dair arayışı (“student certificate”) həmin elektron məktuba əlavə etməlidir. Bildirmək istəyirik ki, sənədləriniz qaydasında olduğu təqdirdə arayışınız 3-5 iş günü ərzində (pandemiya şəraiti ilə əlaqədar) hazırlanacaqdır.