• 22.08.2020
  • 404
Təhsil Nazirliyi 2020-2021 HTP çərçivəsində təqaüd qazanmış yeni tələbələrlə onlayn gorüş keçirəcək

Təhsil Nazirliyinin təşkilatçılığı ilə 25 avqust saat 11:00 tarixində 2020/2021-ci tədris ilində HTP çərçivəsində Çin Xalq Respublikasında, Latviyada və Macarıstanda təhsil almaq hüququ qazanmış yeni tələbələrlə onlayn formatda görüş keçiriləcəkdir. Görüşdə Təhsil Nazirinin müavini Firudin Qurbanov və digər əməkdaşların iştirakı gözlənilir.Onlayn görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılacaqdır. Onlayn görüşdə iştirak etmək istəyən yeni HTP tələbələrindən aşağıda qeyd olunan anket formasını doldurmaqları xahiş olunur:

https://forms.gle/ufJjGXGyujs3uauB6