• 23.07.2020
  • 1043
Latviyada təhsil təqaüd proqramının (2020/2021) nəticələri açıqlanıb

Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında təhsil sahəsində uğurlu əməkdaşlığın nəticəsi olaraq, 2020/21-ci tədris ili Latviya HTP üçün qarşı tərəfdən keçirilən müsabiqə nəticəsində 8 nəfər Azərbaycan Respublikası vətəndaşı bu ölkənin təqaüdünə layiq görülmüşdür. Qeyd edək ki, Latviya hökumətinin bu təqaüdünü qazanan digər 27 ölkə üzrə ən çox təqaüd qazanmış 10 ölkənin arasında Azərbaycan 8-ci yerdədir.      

 

news-detail  

Seçim barədə Latviya tərəfindən verilən yekun qərar nəticəsində saziş üzrə Azərbaycan vətəndaşları Latviyanın “Riga Technical University”,“University of Latvia”, ” Vidzeme University of Applied Sciences”, “Rīga Stradiņš University” və “Turība University” ali təhsil müəssisələrində müxtəlif ixtisaslar və təhsil səviyyələri  üzrə təhsilini davam etdirmək hüququ qazanıb. Məlumat üçün bildiririk ki, müvafiq təqaüd proqramı barədə cari ilin 14 fevral tarixində elan verilib.