• 16.01.2024
  • 1093
“Hökümətlərarası Təqaüd Proqramları” məzununun uğuru
"Hökümətlərarası Təqaüd Proqramları" çərçivəsində 2017-2019-cu illərdə Çin Xalq Respublikasının "Zhejiang Normal University" ali təhsil müəssisəsində Müqayisəli təhsil ixtisası üzrə magistratura təhsil səviyyəsində təhsil almış Səkinə Həsənova Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının yeni sədri seçilib. S.Həsənovanı bu münasibətlə təbrik edir və ona gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu edirik.