• 21.07.2020
  • 700
Rusiya-MGİMO 2020/2021-ci tədris ili üçün tələbə qəbulu elan edib

2020/2021-ci tədris ili üçün Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti Azərbaycan Respublikası vətəndaşları üçün bakalavriat təhsil səviyyəsi üzrə tələbə qəbulu elan edib. Müsabiqədə iştirak etmək istəyən abituriyentlər 09 – 16 iyul 2020-ci il tarixlərində tələb olunan sənədləri info@dim.gov.az elektron poçt ünvanına göndərməklə qeydiyyatdan keçməlidirlər. Müsabiqə mərhələsi, tələb olunan sənədlər və digər məsələlərlə bağlı ətraflı məlumatı buradan əldə etməyiniz mümkündür. 

 

© Dövlət İmtahan Mərkəzi

Qalereya