• 15.07.2020
  • 789
Vyetnamda 2020/21-ci tədris ili üzrə təhsil təqaüd proqramı

Vyetnam Milli Universitetinin Beynəlxalq Frankofoniya İnstitutu 2020-2021-ci il tədris ili üzrə Vyetnam Milli Universiteti və Fransanın “University of La Rochelle” ali təhsil müəssisəsi ilə birgə həyata keçirdiyi təqaüd proqramını elan edir. Magistratura səviyyəsi üzrə nəzərdə tutulan təqaüd proqramı çərçivəsində təhsil müddəti 2 ildir. Son müraciət tarixi 15 iyul 2020-ci ildir. Təqaüd proqramı ilə bağlı ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.