• 05.10.2021
  • 868
Hökümətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Macarıstanda təhsil alanların nəzərinə !
Macarıstanın "Wizzair" hava yolu şirkəti Bakı ilə Budapeşt arasında olan müntəzəm uçuşları bərpa edib. Bu barədə məlumat Macarıstanın Bakıdakı Səfirliyinin rəsmi "Facebook" hesabında dərc olunmuşdur. Məlumatda bildirilir ki, cari ilin oktyabr ayında uçuşlar həftədə bir dəfə olmaqla ( bazar günləri Budapeşt-Bakı reysi, bazar ertəsi günləri Bakı-Budapeşt reysi) həyata keçiriləcək. Noyabr ayından etibarən isə uçuşlar həftədə iki dəfə olacaqdır.