• 03.09.2021
  • 843
Latviyada HTP çərçivəsində 2021-2022-ci tədris ili üzrə 10 azərbaycanlı təqaüd qazanıb
Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlığın nəticəsi olaraq, 2021-2022-ci tədris ili üzrə 10 nəfər azərbaycanlı Latviyanın təqaüdünə layiq görülüb. Latviya hökumətinin bu təqaüdünü qazanan 27 ölkə üzrə Azərbaycan ilk beşlikdədir:
 

news-detail

Seçim barədə Latviya tərəfindən verilən yekun qərar nəticəsində saziş üzrə Azərbaycan vətəndaşları Latviyanın “Riga Technical University”, “University of Latvia” və “Rīga Stradiņš University” ali təhsil müəssisələrində müxtəlif ixtisaslar və təhsil səviyyələri  üzrə təhsilini davam etdirmək hüququ qazanıb. Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə cari ilin 4 fevral 2021-ci il tarixində elan verilib.