• 03.09.2021
  • 966
Rusiyada 2022-2023-cü tədris ili üzrə təqaüdlü təhsil imkanı
Rusiya Federasiyası (RF) 2022-2023-cü tədris ili üzrə RF federal büdcə hesabına təhsil təqaüd proqramı elan edir. Bakalavriat, magistratura və doktorantura təhsil səviyyələri üzrə elan edilən təqaüd proqramına müraciət üçün yaş məhdudiyyəti yoxdur. Proqram çərçivəsində tədris rus dilində aparılacaq. Təqaüd proqramına müraciət üçün son tarix 1 noyabr 2021-ci il nəzərdə tutulub. Ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.