• 25.07.2022
  • 590
Macarıstanın Dövlət Xidmətləri Universiteti “Ludovika Alimləri Qonaq Mühazirə” proqramına qəbul elan edir
Macarıstanın Dövlət Xidmətləri Universiteti qonaq alimlərin (“Visiting Scholars”) universitetdəki tədris, tədqiqat və ekspert işləri ilə tanış edilməsi üçün müraciətlərini qəbul edir. Qaliblər bir həftə ərzində mühazirə oxumağa, yerli fakültə və ya tədqiqat institutları tərəfindən təşkil ediləcək seminarlarda və peşəkar müzakirələrdə iştiraka dəvət olunacaq. 
Proqramın məqsədi Mərkəzi və Şərqi Avropadan olan, akademik sahədə çalışan şəxslər, tədqiqatçılar və ekspertləri bir araya gətirərək ideya mübadiləsinə şərait yaratmaqdır. Proqrama son müraciət tarixi 31 avqust 2022-ci ildir. Proqram barədə ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.