• 19.04.2022
  • 684
UNESCO-nun İpək Yolu Proqramı tədqiqat müsabiqəsi elan edir
UNESCO-nun İpək Yolu Proqramı “Silk Roads Youth Research Grant” qrant layihəsi çərçivəsində tədqiqat müsabiqəsi elan edir. Yaşı 35-dək olan gənc tədqiqatçılar İpək Yolu ortaq irsi ilə əlaqədar olaraq müəyyən edilmiş mövzular üzrə tədqiqat layihəsi təqdim edə bilərlər. Müsabiqədə iştirak etmək istəyən namizədlər üçün son müraciət tarixi 31 may 2022-ci ildir. Müsabiqə barədə ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.