• 12.03.2022
  • 575
Hökumətlərarası Təqaüd Proqramları (HTP) məzununun Təlim Töhfəsi
“Hökumətlərarası Təqaüd Proqramları" məzunlarının ictimaiyyətə tanıdılması, eyni zamanda onların əldə etdiyi bilik və bacarıqların digərləri ilə paylaşılması məqsədilə davamlı olaraq təlimlər keçirilir.
 
17 mart 2022-ci il saat 14:00 tarixində keçiriləcək növbəti HTP məzunu təlimi “Koronavirus pandemiyasının qlobal dəyər zəncirlərinə təsirləri” mövzusuna həsr edilib. Təlimdə iştirak etmək üçün müvafiq keçiddə qeydiyyatdan keçməyiniz xahiş olunur. Onlayn təlimə dair keçid yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcəkdir.
 
Qeydiyyat üçün keçid: https://forms.gle/Xzt5AyrzvtJNRJocA