• 10.01.2022
  • 674
Çində HTP çərçivəsində təhsil üçün sənəd qəbulunun müddəti uzadılıb
2022-2023-cü tədris ili üzrə Hökumətlərarası Təqaüd Proqramları (HTP) ərçivəsində Çində təhsil təqaüd proqramına sənəd qəbulunun müddəti uzadılıb. Vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, təqaüd proqramına müraciətlərin qəbulu 12 yanvar 2022-ci il saat 12:00-dək davam edəcək. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın 2022-ci ilin iyul-avqust ayları ərzində təqdim olunması gözlənilir.
Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz. Qeyd edək ki, təqaüd proqramı “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır.