• 15.01.2021
  • 433
Dövlət İmtahan Mərkəzi türk dili (Türkiyə türkcəsi) kurslarına qeydiyyat elan edir
Dövlət İmtahan Mərkəzinin beynəlxalq tərəfdaşı olan Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyi türk dili (Türkiyə türkcəsi) kurslarına qeydiyyat elan edir. Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) və Yunus Əmrə İnstitutu (YƏİ) arasında 2020-ci ilin noyabr ayında qarşılıqlı anlaşma memorandumu imzalanıb və burada qeyd olunan əməkdaşlıq sahələrindən biri də Türkçə Yetərlilik İmtahanının (TYS) DİM tərəfindən keçirilməsini və bu istiqamətdə YƏİ tərəfindən təşkil olunan layihələrin dəstəklənməsini nəzərdə tutur. Qeyd edək ki, YƏİ-nin Bakı nümayəndəliyi tərəfindən keçirilən türk dili kurslarına qeydiyyat yanvarın 24-ü başa çatır və hər səviyyə üzrə dərslərin 6 ay davam etməsi planlaşdırılır. Qeydiyyatdan keçmək istəyən namizədlər aşağıdakı keçidlərdən istifadə edə bilərlər:
 
 
 
DİM və YƏİ arasındakı əməkdaşlığa dair daha geniş məlumatı aşağıdakı keçidlərdən əldə etmək mümkündür: