• 15.07.2020
  • 586
Rumıniyada Təhsil Hökümətlərarası Təqaüd Proqramı (HTP) - 2020/21
Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyi 2020-2021-ci tədris ili üçün Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir. Təqaüd proqramı bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə elan edilib. Tədris rumın dilində aparılacaq. Təqaüd proqramına müraciət edəcək iddiaçılar Təhsil Nazirliyinin elektron ərizə sisteminə (https://www.app.htp.edu.az) müraciət etməlidirlər. Müraciət üçün son tarix 5 aprel 2020-ci ildir. Təqaüd proqramı ilə bağlı əlavə məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.