• 14.08.2020
  • 633
Təhsil Nazirliyinin və AHAU-nun birgə təşkilatçılığı ilə tələbələrlə onlayn formatda görüş keçirilmişdir

AHAU ( Azerbaijan Hungary Alumni Union/ Macarıstan Məzunları İctimai Birliyi) və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə 14 avqust saat 12:00 tarixində 2020/2021-ci tədris ilində HTP çərcivəsində Macarıstanın müxtəlif universitetlərində təqaüdlü təhsil almaq imkan əldə etmiş tələbələrlə onlayn uyğunlaşma görüşü keçirilmişdir. Görüş Zoom proqramı vasitəsilə təşkil olunmuşdur. Görüşdə Təhsil Nazirliyinin və Macarıstanın Azərbaycandakı Səfirliyinin əməkdaşları və AHAU-nun idarə heyəti üzvlərinin iştirak etmişdir. Onlayn görüşdə AHAU-nun fəaliyyəti, Macarıstanın təhsil sistemi, azərbaycanlı tələbə təşkilatları,  Azərbaycan səfirliyinin Macarıstandakı fəaliyyəti barədə ətraflı məlumat verilmişdir. Bununla yanaşı, onlayn görüşün sonunda tələbələr tərəfindən ünvanlanan müxtəlif məzmunlu suallar cavablandırılmışdır. 

 

 


 

news-detail