• 13.08.2021
  • 550
Təhsil Nazirliyinin və ACAA-nın birgə təşkilatçılığı ilə tələbələrlə onlayn formatda görüş keçirilmişdir

ACAA ( Azerbaijan-China Alumni Assosiaction/ Azərbaycan-Çin Məzunlar Assosiasiya) və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə 12 avqust 2021-ci il tarixində 2021-2022-ci tədris ilində HTP çərcivəsində Çin Xalq Respublikasının (ÇXR) müxtəlif universitetlərində təqaüdlü təhsil almaq imkan əldə etmiş tələbələrlə onlayn uyğunlaşma görüşü keçirilmişdir. Görüş "Microsoft Teams" proqramı vasitəsilə təşkil olunmuşdur. Görüşdə Təhsil Nazirliyinin əməkdaşları və ACAA-nın idarə heyəti üzvləri iştirak etmişdir. Onlayn görüşdə ACAA-nın fəaliyyəti, ÇXR-nin təhsil sistemi, azərbaycanlı tələbə təşkilatları,  Azərbaycan səfirliyinin ÇXR-dəki fəaliyyəti barədə ətraflı məlumat verilmişdir. Bununla yanaşı, onlayn görüşün sonunda tələbələr tərəfindən ünvanlanan müxtəlif məzmunlu suallar cavablandırılmışdır.

Qalereya