• 12.08.2021
  • 630
Təhsil Nazirliyinin və AHAU-nun birgə təşkilatçılığı ilə tələbələrlə onlayn formatda görüş keçirilmişdir

AHAU ( Azerbaijan Hungary Alumni Union/ Macarıstan Məzunları İctimai Birliyi) və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə 11 avqust 2021-ci il tarixində 2021-2022-ci tədris ilində HTP çərcivəsində Macarıstanın müxtəlif universitetlərində təqaüdlü təhsil almaq imkan əldə etmiş tələbələrlə onlayn uyğunlaşma görüşü keçirilmişdir. Görüş "Microsoft Teams" proqramı vasitəsilə təşkil olunmuşdur. Görüşdə Təhsil Nazirliyinin əməkdaşları və AHAU-nun idarə heyəti üzvləri iştirak etmişdir. Onlayn görüşdə AHAU-nun fəaliyyəti, Macarıstanın təhsil sistemi, azərbaycanlı tələbə təşkilatları,  Azərbaycan səfirliyinin Macarıstandakı fəaliyyəti barədə ətraflı məlumat verilmişdir. Bununla yanaşı, onlayn görüşün sonunda tələbələr tərəfindən ünvanlanan müxtəlif məzmunlu suallar cavablandırılmışdır.

Qalereya